Nişan yoxdur, amma yol polisləri cərimə yazır: Gəncədən şikayət - VIDEO
Gəncədə YPX əməkdaşlarının hərəkətləri barədə redaksiyamıza müraciət daxil olub. Avtosfer.az-a məlumat verən Calal adlı sürücü bildirib ki, Gəncə şəhəri Həsən Əliyev küçəsində bir neçə vaxt öncə hərəkət müvəqqəti olaraq ikitərəfli təşkil olunub. Lakin hərəkətin təşkilində, nişanlar və nişanlanma xətləri arasında ziddiyətlər var. YPX əməkdaşları isə bu ziddiyətdən istifadə edərək protokollar tərtib edirlər.
Sürücünün çəkdiyi videodan məlum olur ki, küçənin başlanğıcında dayanma-durmaya aid heç bir nişan yoxdur. Lakin biraz qarşıda iki YPX əməkdaşı əllərindəki bort-kompyuterlə yolun kənarında qaydalar çərçivəsində dayanmış avtomobillərə elektron protokollar tərtib edirlər.
Calal adlı sürücüyə də bu cür protokol tərtib olunub, lakin protokolun nüsxəsi alın şüşəyə qoyulmayıb. Bir sözlə sürücünün hüquqlarını hərtərəfli şəkildə pozulub.
Bu barədə sürücü YPX əməkdaşlarına irad bildirərkən, onlar sürücücüyə deyiblər ki, küçənin əks tərəfindən gələndə nişanlar var. Zəhmət çəkib küçənin o biri başına kimi gedib orada hansı nişanların olduğuna baxmalı idiniz. Polisin əsas gətirdiyi bu "fakt" gülüncdür. Çünki sürücü nişanı arxadan baxıb tanımağa məcbur deyil.
Təbriz Yusubov
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












