Ödənişi 2 ay gecikdi, maşını əlindən alındı - VİDEO

Faizə pul götürərək maşın aldı, 2 ay gecikməyə görə ödədiyi pul da getdi, maşın da...
Avtosfer.az-ın məlumatına görə, paytaxtın Sabunçu rayonunda yaşayan Xaliq Əliyev ötən ilin avqust ayında özünə məxsus minik avtomobilini satmaq üçün Sumqayıtdakı maşın bazarına aparıb. Orada başqa bir minik avtomobilini almaq istəyib və həmin maşının sahibi ilə barter barədə razılığa gəlib.
Çatışmayan 2200 manatı ödəmək üçün bazarda "makler" işləyən Emil Yolçuyev adlı şəxs Xalid Əliyevə dəstək olub. O qeyd edib ki, əvəzində Xalid Əliyevdən 20 ay müddətində hər ay 280 manat, nəticədə də 5600 manat pul alacaq. Maşın da Emilin adına qeydiyyata alınacaq və Xalidə pulu tam ödəyənə qədər sürmək üçün etibarnamə verəcək. Onlar razılığa gəliblər və Xalid Əliyev 7 ay bu pulu ödəyib.
Xalid Əliyev deyir ki, son 2 ayda maşının təmirinə xeyli pul xərclədiyi üçün götürdüyü vəsaitin ödənilməsində gecikmə baş verib. O, Emil Yolçuyevə də tezliklə həmin pulu ödəyəcəyini bildirib. Həmin ərəfədə Xalid Əliyevin aldığı maşın qayda pozuntusuna görə cərimə meydançasına aparılıb. O, maşını cərimə meydançasından götürməyə getdikdə isə bildirilib ki, avtomobili sahibi Emil Yolçuyev aparıb.
Məsələ ilə bağlı Emil Yolçuyevin də mövqeyini öyrəndik. O "Xəzər Xəbər"ə bildirdi ki, maşın içkili vəziyyətdə tutulub və 25 gün cərimə meydançasında qalıb. Avtomobili oradan çıxartdıqdan sonra təmir etdirərək satıb. Cərimələrin ödənməsinə və təmirə də 2000 manatdan artıq xərc çəkib. Buna görə də Xalid Əliyevə pul qaytarmaq fikri yoxdur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












