Oğurladıqları avtomobillə polisdən qaçan şəxslər qəzaya düşüblər - VİDEO

Oğurladıqları avtomobillə polisdən qaçan şəxslər qəzaya düşüblər. Avtosfer.az xəbər verir ki, ABŞ-nin Çikaqo şəhərində baş verən hadisə anı kameraya düşüb.
Belə ki, dörd nəfər silahlanmış şəxs oğurladıqları avtomobillə polisin təqibindən yayınmağa çalışıblar. Lakin bir müddət sonra yüksək sürətlə idarə olunan avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı kafeyə çırpılıb.
Qəzadan sonra piyada qaçmağa cəhd göstərən 2 nəfər və nəqliyyat vasitəsində olan daha 2 nəfər - 17 yaşlı yeniyetmə, 22 yaşlı kişi, 23 yaşlı qadın və 26 yaşlı kişi saxlanılıblar.
Cinayətkarlar yüngül xəsarətlərlə yerli xəstəxanalara yerləşdiriliblər. Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Polis əməkdaşları avtomobildə aparılan axtarış zamanı dörd ədəd odlu silah aşkar edərək götürüblər.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












