Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO

Özünü qadına bənzədib sərxoş vəziyyətdə avtomobil oğurlayan gənc oğlan saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən hadisə kameraya düşüb. Məlumata görə, sürücülük vəsiqəsi olmaya 20 yaşlı gənc əvvəlcə qadın kimi bəzənərək parik taxıb və başqasına məxsus “BMW X5” markalı avtomobili oğurlayaraq sürməyə başlayıb.
Bir neçə müddət sonra ərazidə xidmət aparan yol-patrul xidmətinin əməkdaşları sürücüdən şübhələnərək ona “Saxla” əmrini veriblər. Ancaq içkinin təsiri altında olan gənc buna məhəl qoymayaraq yayınmağa başlayıb. Yaxalanacağını görən sürücü işıqforun qırmızı işığından keçərək yolun əks istiqamətinə keçib. Bir neçə metr hərəkət etdikdən sonra döngədə sükan idarəetməsini itirib və avtomobil kolluq əraziyə keçərək dayanıb. Sürücü bu dəfə piyada qaçmağa çalışıb, lakin polis onu yaxalayıb. 20 yaşlı oğlan sürücülük vəsiqəsi olmadan sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə, polis əməkdaşının əmrinə tabe olmadığına və yol hərəkəti qaydalarını pozduğuna görə inzibati qaydada cərimələnib.
Bundan əlavə, avtomobil oğurladığına görə də cinayət məsuliyyətinə cəlb olunub.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












