Piyada aeroport yolunda 120-lik yolda ölümlə üz-üzə qaldı - VİDEO

Bakının əsas yollarından olan Beynəlxalq Hava Limanı şosesində təhlükəli anlar yaşanıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, naməlum piyada gecə saatlarında ölümü gözə alaraq sürət həddi 120 km/saat olan yolda maşınların arası ilə hərəkət edir. Şahidlərdən biri baş verənləri telefonla çəkərək sosial şəbəkələrdə yayıb. Görüntülərdən məlum olur ki, naməlum şəxsin gəzdiyi ərazinin yaxınlığında piyada keçidi var. Məsələ ilə bağlı Trend-ə danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sözügedən piyadanın bu hərəkəti böyük qayda pozuntusudur: “İlkin olaraq həmin piyada tapılmalıdır, güman etmək olar ki, onun sağlamlığında hər hansı problem var. Ola bilsin ki, həmin an o, sərxoş halda olub”. Ə.Hüseynovun sözlərinə görə, piyada polis tərəfindən cərimələnməlidir. “Hər birimiz insanıq, ola bilər ki, ruhi əsəb xəstəsidir, əslində biz ona kömək etməyə borcluyuq. Əgər normal insandırsa, həmin şəxs ərazidə xidmət edən hüquq-mühafizə orqanları tərəfindən tapılaraq cərimələnməlidir”. Nəqliyyat üzrə ekspert sonda sürücülərə tövsiyə edib ki, bu cür hallarla rastlaşdıqları zaman dərhal polis əməkdaşlarına xəbər etsinlər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












