Polis peşəkarlığı: 75 dəqiqə danışıb xilas etdilər – VİDEO

ABŞ-ın Nyu-York şəhərinin Polis Departamentinin (NYPD) zabitləri, detektivlər Kristofer Uilyams və Tomas Lonqa sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər. Onlar dünən səhər saatlarında şəhərdəki Uilyamsburq körpüsünə dırmaşaraq özünü atmaq istəyən 41 yaşlı kişinin həyatını xilas ediblər. Avtosfer.az milli.az-a istinadən bildirir ki, Polis Departamentinin Fövqəladə Hallar İdarəsinin (NYPD Emergency Service Unit) əməkdaşları olan polislər səhər saatlarında hadisə yerinə çağırılmışdılar. Onlar körpünün dayaq sütunlarından birinə dırmaşmış şəxsin intihara hazırlaşdığını görüblər. Həmin şəxs 94,5 metr yüksəklikdə idi. İntihara hazırlaşan bu adamla tam 75 dəqiqə danışıqlar aparan, onu dilə tutan polis zabitləri sonucda 41 yaşlı kişini fikrindən döndəriblər. Kristofer Uilyams və Tomas Lonqa iyulun 4-də Azadlıq Heykəlinə dırmaşıb intihar etməyə hazırlaşan qadını da ölümdən xilas etmişdilər.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












