Polis təqib etdiyi maşını arxadan vurdu; sürücü atəş açdı – İki ölü, çoxlu yaralı... - VİDEO

Silahlı insident və ardınca yaşanan polis təqibi az qala asayiş keşikçisinin həyatı bahasına başa gələcəkdi. Avtosfer.az xəbər verir ki, ABŞ-ın Missuri ştatında baş verən hadisə polis avtomobilinin kamerası tərəfindən qeydə alınıb. Yerli hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, bir neçə nəfərə atəş açaraq onlardan birini qətlə yetirməkdə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçmağa çalışıb. Polis qrupları dərhal hərəkətə keçərək şübhəlinin izinə düşüb.
Təqib zamanı polis əməkdaşı qaçan avtomobili dayandırmaq üçün PIT manevrindən (nəqliyyat vasitəsini arxadan vuraraq fırlatmaq fəndi) istifadə edib. Məhz bu saniyələrdə şübhəli şəxs polis maşınına atəş açıb.
Polis avtomobilinin kamerasına əks olunan görüntülərdə güllənin patrul maşınının sərnişin şüşəsinə dəydiyi və asayiş keşikçisinin möcüzə nəticəsində ölümdən xilas olduğu aydın görünür.
Hadisədən sonra dayanan avtomobilə yaxınlaşan polis əməkdaşları müəyyən ediblər ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanlarına təslim olmamaq üçün özünə atəş açaraq intihar edib. O, hadisə yerindəcə dünyasını dəyişib.
Xatırladaq ki, ABŞ-də PIT manevri polis təqibi zamanı qaçan nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarəetmədən çıxarıb dayandırmaq üçün tətbiq edilən xüsusi toxunma taktikasıdır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO













