Polis zabiti dostunu güllələdi, sonra intihar etdi – VİDEO

31 yaşlı Flavio de Oliveyra Polis Akademiyasında təhsili başa vurmuşdu. O, dostlarını toplayaraq bu olayı kafedə qeyd edirdi. Yeyib-içmək məclisi faciə ilə bitib. Avtosfer.az milli.az-a istinadən bildirir ki, hadisə Braziliyanın mərkəzindəki Qoyaniya bölgəsində yaşanıb. 31 yaşlı Flavio de Oliveyra məclis başa çatanda maşınına oturub və polis vəsiqəsi ilə xidməti silahını onlara göstərib. O, tapançanı əlində oynadarkən qəflətən atəş açıb. Güllə maşının yanında velosipeddə oturmuş 20 yaşlı Mateus Kastroya dəyib. Kastro ağır yaralanaraq yerə yıxılıb. Maşından düşən Olivyera dostuna yaxınlaşıb, onu qan içində görəndə geri dönüb və maşını kilsəyə sürüb. Kilsədə o, tapançanı gicgahına dayayaraq atəş açıb, intihar edib. Mateus Kastro isə aparıldığı hospitalda keçinib. Polis olayı araşdırır.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












