Polisin əlini dişləyən aktrisa 10 ilini həbsdə keçirə bilər - VİDEO
Türkiyənin məşhur aktrisası Feyza Civələk avtomobilini saxlayan polisin əlini dişlədiyi üçün məhkəməlik olub. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, prokuror aktrisa üçün 10 il həbs cəzası tələb edib. "Adını Feriha Koydum" serialı ilə məşhurlaşan Feyza spirtli içki müayinəsi üçün avtomobilini saxlayan polisin əlini dişlədiyi üçün saxlanılıb. Hadisədən sonra aktrisa haqqında cinayət işi açılıb. İnsident bir müddət əvvəl İstanbulun Ortaköy səmtində baş verib. 23 yaşlı aktrisa rəfiqəsi ilə maşında olanda polis onları saxlayıb və spirtli içki müayinəsi tələb edib. Avtomobildən endirilən aktrisa və rəfiqəsi polisin onlara zor tətbiq etdiyini iddia edərək qanun keşikçisinin əlini dişləyib. Polisə Feyza arasında mübahisə olub. Mübahisə zəmnində aktrisa polisə təpik atıb və əlini dişləyib. Bundan sonra hər iki şəxs saxlanılaraq polis bölməsinə aparılıb. Məhkəməyə təqdim edilən sənədə əsasən, Civelek polisə təpik və yumruqla hücum edib, bir polisin sol əlini dişləyib və dodağından dartaraq yaralayıb. Bundan başqa polisin telefonunu yerə çırpıb və onları təhqir edib. Bir neçə gün sonra aktrisa hakim qarşısına çıxarılacaq.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












