Polisin sürücünü güllələməsi kameraya düşdü – VİDEO

Həftəsonu ABŞ-ın Nevada ştatının Uest Venouer şəhərində baş verən silahlı insidentin görüntüsü yayılıb. Polis əməkdaşları şübhəli şəxsin idarə etdiyi avtomobili təqib etdikdən sonra atəş açaraq onu insanların gözü qarşısında qətlə yetirib. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, insidentin görüntüsü “Liveleak” videoportalında yayımlanıb. Öldürülən şəxsin Yuta ştatının sakini, 41 yaşlı Ceyms N.Robertson olduğu müəyyən edilib. Polis idarəsinin yaydığı rəsmi bəyanata əsasən, yol hərəkəti qaydalarını pozan həmin şəxs polisin “dayan” əmrinə məhəl qoymayıb. Qısa sürən təqibdən sonra onun idarə etdiyi boz pikap yanacaqdoldurma məntəqəsi yaxınlığında polis avtomobili ilə toqquşub. Avtomobildən enib aradan çıxmağa çalışsa da, polis əməkdaşları ona silah tuşlayıb. Sürücü üzərində olan bıçaqla polisə yaxınlaşmaq istəyərkən, zabitlərdən biri tapançadan atəş açaraq, sürücünü ölümcül yaralayıb. Şübhəlinin təcili tibbi yardım gələnə qədər keçindiyi bildirilir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












