Prospektdə maşın yolu qaçaraq keçən ana və uşağını vurdu - ANBAAN VİDEO

Bakıda avtomobil ana və uşağını vurub.
Avtosfer.az xəbər verir ki, bu barədə görüntüləri Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yayıb.
Mərkəzin İctimaiyyətlə sektor müdiri Ömər Xıdırov bildirib ki, müşahidə kameralarının qeydə aldığı bu cür yol-nəqliyyat hadisələrinin görüntülərini mütəmadi olaraq ictimailəşdirməkdə məqsədimiz yol hərəkəti iştirakçılarını maarifləndirməkdir:
"Paytaxtın Xətai rayonu, 8 Noyabr prospektində baş verən bu qəza da hər bir piyada üçün pis nümunədir. Müşahidələr göstərir ki, piyada qismində olan bəzi valideynlər özləri ilə yanaşı, övladlarının da həyatını təhlükəyə atırlar. Təəssüflər olsun ki, belə olan hallarda da qəzaların, xüsusilə də uşaqların və valideynlərin ölümü və yaxud xəsarətilə nəticələnən yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur.
Məsələn, ötən il paytaxt yollarında 240 piyada vurma hadisəsi baş verib. Bu qəzalar zamanı dünyasını dəyişən 111 piyadadan 6-sı uşaq olub. Cari ilin 4 ayı ərzində isə piyada vurma qəzaları zamanı 30 piyada dünyasını dəyişib, 5 uşaq isə xəsarət alıb.
Qəzaların baş verməsinə səbəblər isə demək olar ki eynidir:
1. Nəqliyyat vasitəsini yüksək sürətlə idarə etmək;
2. Yol nişanlarının tələblərinə diqqət göstərməmək;
3. Bəzi piyadaların piyada keçidlərindən istifadə etməməsi;
4. Bir sıra piyadaların nizamlayıcının tələblərinə əhəmiyyət verməməsi;
5. Piyadanın sürücünün ona yol verəcəyinə tam əmin olmadan yolu keçməsi və s.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi olaraq bütün piyadaları qaydalara riayət etməyə, valideynləri isə bu məsələdə daha diqqətli olmağa çağırırıq. Valideynlər unutmasınlar ki, yollarda təhlükəsizlik təkcə onların deyil, övladlarının da gələcəyidir".
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












