Prospektdəki yerüstü keçid bərbad vəziyyətdədir: Qurumlar 10 ildən çoxdur reaksiya vermir - VİDEO
Paytaxtda əhalinin sayının kəskin şəkildə artması, eləcə də avtomobilləşmə istiqamətində sürətli dinamika nəqliyyat istiqamətində davamlı yeniləşməyə tələbatı da artırır. Uzun illərdir piyadaların küçə və prospektlərdən istifadəsi zamanı onların təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə yerüstü və yeraltı piyada keçidlərinin inşası davam etdirilir. Ötən həftə Aeroport-Mərdəkan-Zuğulba avtomobil yolunda fiziki məhdudiyyətli vətəndaşların da nəə alındığı yeni yerüstü keçid istifadəyə verildi. Bütün bunlara baxmayaraq şəhərdəki bir çox keçidlərdən istifadə ya qismən çətinləşib, ya da keçidin tikintisi zamanı bir sıra nöqsanlar gğözardı edilərək təhvil verilib.
Avtosfer.az xəbər verir ki, Bakının Binəqədi rayonundakı yerüstü keçid 2010-cu ildə əhalinin istifadəsinə təqdim edilsə də, bugünkü vəziyyəti onu deməyə əsas verir ki, keçidin vaxtaşırı təmiri və fəaliyyətinin uzunmüddətli davam etdirilməsi ilə bağlı görülməli olan işlərin heç biri yerinə yetirilməyib.
Belə ki, “Azadlıq Prospekti” metro stansiyasının yaxınlığında, Azadlıq prospekti ilə Süleyman Sani Axundov küçəsinin kəsişməsindəki yerüstü keçid illərdir ki, fəaliyyətini qismən davam etdirə bilir. Keçidin hər iki girişindəki eskalatorların enmək üçün olan hissəsi ümumiyyətlə işləmir. Qalxmaq üçün olan hissəsi də ilin yalnız bir neçə günü işləyir, qalan vaxtlarda isə sakinlər ya eksalatorlar işləmədiyi üçün yolun ortasından qaçaraq keçməli olur, ya da ki, keçidi piyada qalxmağa məcbur qalırlar.
Fiziki məhdudiyyətli vətəndaşlar üçün isə, ümumiyyətlə, hansısa şəraitdən söhbət belə gedə bilməz. Qeyd edilən ərazidə Azadlıq prospekti kimi geniş küçəni yerüstü keçiddən istifadə etmədən keçmək müşkül məsələdir. Uzun məsafədə “zebra”lar olmadığı üçün əlillərin bu yoldakı təhlükəsizliyi də sual altına düşür.
Ərazidə çəkiliş aparan əməkdaşımız bildirir ki, vətəndaşlaarın keçiddən isstifadəsinin çətinləşməsi istiqamətində bütün maneələr yaradılıb. Həm keçidin qarşısında, həm də keçidin yaxınlığındakı avtobus dayanacağı ərazidəki sahibkarlar tərəfindən parkinqə çevrilib. Sakinlər yaranan vəziyyətlə bağlı aidiyyəti qurumların tezliklə reaksiyasını və problemin həll edilməsini xahiş ediblər. Həmin videonu sizə təqdim edirik:
Səfər