“Protiv” gedən avtobus sürücüsü – “Get Qarabağı çək” - VİDEO
Daha bir izləyicimiz Avtosfer.az saytına hərəkət axınının əksinə gedən sərnişin avtobusunun videosunu göndərib. 12.10. 2018 tarixində Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsində 90 RB 466 dövlət nömrə nişanlı marşrut avtobusunun sürücüsü birtərəfli yolda "protiv" gedir. Özü də içi dolu sərnişinlə.
Videonu çəkən sürücü çox mədəni şəkildə marşrut avtobusunun sürücüsündən "niyə belə eləyirsən, qardaş?" soruşduqda avtobusun sürücüsü üzrxahlıq etmək əvəzinə çox qəribə və sanki özünə haqq qazandıran cavab verib. "Get Qarabağdakıları çək, məni çəkmə".
İndi görün, bu qədər sərnişinin həyatı hansı psixologiyaya sahib sürücüdən asılıdır. Biz avtosfer.az saytı olaraq yenə də sürücünün əsassız arqumentinə cavab verək. Qarabağ müharibəsi zamanı və müharibədən indiyə qədər avtoqəzalarda həlak olanların statiatikasina baxsanız görərsiniz ki, müharibə zamanı avtoqəzalarda həlak olanlardan daha az insan həyatını itirib. Bundan əlavə, müharibədə həlak olanların ailəsini onunla təsəlli tapır ki, əzizimiz vətən yolunda, düşmənlə döyüşdə öz həyatını itirib. Bəs sizin kimi sürücülərə görə həyatını itirən sərnişinlərin yaxınları nə ilə təsəlli tapsın? Bəlkə siz də özünüzü millətin düşməni kimi görürsünüz?
Ümid edirik ki, DYP rəsmiləri sürücünün tapılıb protokol yazılmasını təmin edərlər.
Kənan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












