"Protiv" gedən "Baku Bus" sürücüsü cərimələndi - VİDEO

İki gün əvvəl Yasamal rayonu Haqverdiyev küçəsi ilə hərəkətdə olan, “Baku Bus”-a məxsus 3 nömrəli, 99-JH-297 dövlət nömrə nişanlı marşurt avtobusu yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Avtosfer.az xəbər verir ki, avtobusun sürücüsü əks yola çıxaraq qarşıdan gələn, avtomobilin sürücüsü üçün təhlükə yaradıb. Sürücünün son anda manevr etməsi nəticəsində qəza baş verməyib.
Qeyd edək ki, “Baku Bus” avtobuslarının sürücüləri həmişə digərlərinə nümunə olaraq göstərilir. Lakin təssüflər olsun ki, bu sürücü həm özünü, həm daşıdığı sərnişinləri həmdə digər yol hərəkəti iştirakçılarını real ölümlə üz-üzə qoyub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, artıq həmin sürücü aşkar olunub və İdarəyə dəvət edilib. Ona videogörüntünü təqdim olunub. Əks istiqamətdə hərəkət etdiyi üçün sürücüyə 4 bal, 100 manat məbləğində cərimə tətbiq edilib.
Emin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












