Qadın sürücü tüstüləyən maşınla “zapravka”ya girib şəkil çəkdirdi – Maşın bu hala düşdü - VİDEO

Yanacaqdoldurma məntəqələrindən birində qeyri-adi və təhlükəli anlar yaşanıb. Avtosfer.az xəbər verir ki, Belarusda baş verən hadisə kameraya düşüb. Məlumata görə, qadın sürücü tüstüləyən “BMW X5” markalı avtomobillə birbaşa yanacaqdoldurma məntəqəsinə daxil olub. Lakin o, dərhal texniki yardım çağırmaq və ya təhlükəsizlik tədbirləri görmək əvəzinə, bu "maraqlı" mənzərəni ölümsüzləşdirmək qərarına gəlib. Qadın tüstüləyən maşının önündə müxtəlif pozlar verərək fotosessiya etməyə başlayıb.
Sürücünün soyuqqanlılığı avtomobil qəfildən alovlanmağa başlayana qədər davam edib. Yalnız nəqliyyat vasitəsi alovlara təslim olduqdan sonra qadın vəziyyətin ciddiliyini anlayaraq yardım çağırmaq barədə düşünüb.
Nəticədə avtomobil ciddi zərər görsə də, yanacaqdoldurma məntəqəsinin işçilərinin müdaxiləsi ilə daha böyük fəlakətin qarşısı alınıb.
Sözügedən hadisənin görüntülərini təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












