Qayda pozan avtobus sürücüləri: təhlükə ilə üz-üzə olan insanlar - VIDEO
Cəmiyyətdə avtobus sürücülərinin qaydaları pozması artıq o qədər adiləşib ki, bunu "normal" qəbul edirik. Hətta "protiv" getmək, qırmızı işıqda keçmək adət halını alıb. Dəfələrlə bu barədə yazılsa da, çəkilsə də nədənsə ciddi ölçü götürən yoxdur. Hətta xalq arasında "Yol polisi avtobus sürücülərini saxlamır" kimi fikirlər də yayılır.
Bu günlərdə Avtosfer.az-a göndərilən videoda isə daha dəhşətli mənzərə müşahidə olunur. Belə ki, 53 nömrəli avtobusun sürücüsü əks istiqamətli yola çıxaraq sürür. Bu zaman işıqforda dayanan maşınların arası ilə yolu keçmək istəyən piyadanı az qala vuracaqdı. Son anda bədbəxt hadisə baş vermir.
Əslində bu daha böyük məsuliyyətdir. Çünki avtobus sürücüləri özləri ilə yanaşı onlarla insanının həyatını təhlükəyə atır.

Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı hesab edir ki, bu halların qarşısının alınması üçün kompleks mübarizə aparılmalıdır. "Burada həm yol polisi, həm sahibkarlar, həm də vətəndaşlar birgə işləməlidir. Sahibkarlar sürücüləri işə götürən zaman diqqət etməli, onlarla vaxtaşırı treninqlər keçirməlidir. Yol polisi isə bu cür hallara qarşı maarifləndirmə işləri ilə yanaşı bir çox hallarda sərt caza tədbirləri görməlidir. Vətəndaş olaraq hər birimiz belə hadisələr zamanı avtobus sürücüsünü nizam-intizama dəvət etməli, etiraz bildirməliyik. Bəzən "əşşi nəyimə lazım" deməklə öz həyatımızı da təhlükəyə atırıq."
Orxan Əli
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












