Qayda pozub polisdən qaçan gənc sürücü sürəti 160-a qaldırdı – Qəzada 4 aylıq körpə... - VİDEO

Yol hərəkəti qaydasını pozduğu üçün polisdən qaçan sürücü ağır qəzaya səbəb olub. Avtosfer.az xəbər verir ki, ABŞ-ın Arkanzas ştatında baş verən hadisə polis avtomobilinin kamerasına düşüb. Arkanzas Ştat Polisi qayda pozuntusuna görə bir yolsuzluq avtomobilini (SUV) saxlamağa çalışıb. Lakin maşının sükanı arxasında olan 28 yaşlı sürücü polisin tələbinə məhəl qoymayaraq sürəti saatda 160 km-dən yuxarı qaldırıb və yayınmağa başlayıb.
Polisin həyata keçirdiyi xüsusi taktiki müdaxilə (PIT Manevri) nəticəsində sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi işıq dirəyinə çırpılaraq aşıb.
Avtomobilin bir neçə dəfə yuvarlandığı zaman 4 aylıq bir körpə maşından çölə fırlanıb. Nəqliyyat vasitəsinin salonunda olan və yaşları 6-dan aşağı olan digər 3 uşaq isə polislər tərəfindən salondan çıxarılıb.
Qəza nəticəsində hər dörd uşaq hadisəni yüngül xəsarətlərlə ötüşdürüb. Onlar dərhal tibb mərkəzinə çatdırılaraq müayinə və müalicə altına alınıblar.
Faktla bağlı sürücü barəsində cinayət işi açılıb və araşdırma davam edir.
Xatırladaq ki, ABŞ-də PIT Manevri polis təqibi zamanı qaçan nəqliyyat vasitəsini təhlükəsiz şəkildə idarəetmədən çıxarıb dayandırmaq üçün tətbiq edilən xüsusi toxunma taktikasıdır.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












