Qayda pozub “tez sür, tələsirəm” deyən sürücüdən baxın necə “qisas” aldılar - VİDEO

Sumqayıt şəhəri, Sülh küçəsində qayda pozan sürücünün görüntüsü avtomobilin videoregistratoruna düşüb.
Avtosfer.az-ın məlumatına görə, xoşagəlməz hadisə martın 23-də saat 09:10 radələrində qeydə alınıb. Belə ki, 50-CN-038 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan sağa keçir və həmin zolaqdakı avtomobilin yolunu kəsir. Kadrdan görünür ki, yolayrıcına daha tez daxil olmaq üçün sürücü bu xətanı törədir, hətta qəza şəraiti belə yaradır. Lakin o, işıqforun sarı işığının yandığını görərək dayanmağa məcbur olur.
Ardınca görüntünü qeydə alan avtomobilin sürücüsü qayda pozan maşına yaxınlaşaraq “Niyə o şəkildə qabağıma çıxırsan? - deyə, ona sual verir. “Hyundai”ın sürücüsü isə “Tez sürdə, tələsirəm” deyərək cavab verir. Bu cavab sürücünü aqressivləşdirir və o, işıqforun yaşıl işığı yanan kimi “Hyundai”ın önünə keçərək hərəkət edir. Daha sonra isə digər sürücü siqnal verərək onu ötsə də əsəbiləşən sürücü yenidən onu keçir.
Nərmin
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












