Qəzadan yayınan sürücü 3 piyadanı vurdu: qadının ayağı qopdu - VİDEO

Rusiyanın Krasnodar bölgəsində avtomobil səkidə üç nəfəri vurub, xəsarət alanlardan birinin vəziyyəti ağırdır. Avtosfer.az xəbər verir ki, hadisə Mira küçəsində baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Krasnodar diyarı üzrə Baş İdarəsi məlumat yayıb.
Belə ki, “KİA” markalı minik avtomobilinin 27 yaşlı sürücüsüsü “Volkswagen”lə toqquşmaqdan yayınaraq yüksək sürətlə səkiyə çıxıb və üç nəfəri – 14 yaşlı qızı, həmçinin 51 və 42 yaşlı qadınları vurub. Hadisədə “KİA”da olan 35 yaşlı sərnişin də xəsarət alıb.
DİN-dən bildirilib ki, yaralılardan 42 yaşlı zərərçəkən qadının vəziyyəti ağırdır. O, ayağından ağır xəsarətlər alıb.
Yerli mətbuatın məlumatına görə, qadının ayaqları qopub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












