Qorxunc hörümçəyin yol polisinə “hücum” anı kameraya yaxalandı – VİDEO

Qorxmayın! Heç də hər şey gördüyünüz kimi deyil. Bu hörümçək də reallıqda çox balacadır. Amma gözləriniz sizi aldadacaq. Adətən, polis kameraları qayda pozuntularını qeydə alır. Amma Texas yol polisinin kamerası “nəhəng” hörümçəyin görüntülərini qeydə alıb. Videogörüntülərdən belə təəssürat yaranır ki, hörümçək polis əməkdaşına hücum etməyə hazırlaşır və sonradan fikrindən daşınır. Əslində isə görüntüləri yayımlayan polis işçisi Hollivuda meydan oxumaq qərarına gəlib. Hollivuda çağırışla “xüsusi effektlər istəyirnizimi? Alın!” deyə videogörüntüləri yayımlayıb. Reallıqda sadəcə, balaca bir hörümçək polis maşınının alın şüşəsi boyunca hərəkət edir. Amma vizual olaraq bu, nəhəng bədheybət həşərat təsəvvürü yaradır. Avtosfer.az bizimyol.info-ya istinadən həmin videogörüntüləri təqdim edir. Baxın və əylənin. İstəsəniz, özünüz də belə “dəhşət” epizodları çəkə bilərsiniz.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












