Sərnişin dolu avtobusla yanacaqdoldurma məntəqəsinə girən sürücünün VIDEOsu yayıldı
İyulun 2-də Bakı-Sumqayıt yolunda 142 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı 10 TG 614 dövlət nömrə nişanlı sərnişin avtobusu sərnişinlə dolu halda yanacaqdoldurma məntəqəsinə daxil olub. Həmin vaxt avtobusu Beyləqan rayon sakini 41 yaşlı Əsədov Rasim Fazil oğlu idarə edib. Saat 19:35 radələrində avtobus sərnişinlərlə tam dolu olduğu vaxtda o, avtobusla yanacaqdoldurma məntəqəsinə daxil olub və qısa müddət sonra oranı tərk edir. Həmin məsələ Kütləvi İnformasiya Vasitələrində yanlış olaraq işıqlandırılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a verilən məlumata görə, bəzi elektron informasiya vasitələrində və telekanallarda məsələ “Sərnişin avtobusunun yanacaqdoldurma məntəqəsinə çırpılması” şəklində işıqlandırılıb. Lakin Avtosfer.az-ın da işıqlandırdığı videodan göründüyü kimi avtobus sadəcə yanacaqdoldurma məntəqəsinə daxil olub və yanacaq vurulduqdan sonra oranı tərk edib.
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Ekoloji Nəzarət Bölüyünün əməkdaşları həmin sürücünü yanacaqdoldurma məntəqəsinin kamerası vasitəsi ilə aşkar edib, görüntülərə baxış keçirib. Faktla əlaqədar Əsədov Rasim Fazil oğlu barəsində İnzibatı Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə protokol tərtib olunub və sürücü 60 manat məbləğində cərimə edilib.
Avtosfer.az həmin görüntüləri təqdim edir.
Elmin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












