Sərxoş halda alt paltarında maşın sürdü; polisdən qaçanda tutuldu - VİDEO

Rusiyada sərxoş vəziyyətdə alt paltarı ilə sükan arxasına keçərək sürət həddini aşan sürücü saxlanılıb.
Avtosfer.az İrkutsk vilayətinin Dövlət Yol Müfəttişliyinin "Telegram" kanalına istinadən xəbər verir ki, hadisə fevralın 11-də vilayətin Tulunsky rayonunda baş verib. Gecə saatlarında “Vilyuy” şosesində sürətlə hərəkətdə olan yük maşınına ərazidə xidmət aparan yol polis əməkdaşları “Saxla” əmri veriblər. Buna məhəl qoymayan sürücü hərəkətə davam edib. Sürücü polis inspektorlarından yayınmağa çalışsa da, bir müddət sonra məcbur edilərək maşını saxlayıb.
Sərxoşluqla bağlı tibbi müayinədən keçirilən 56 yaşlı sürücü içkili olub. Bundan əlavə o, maşını alt paltarı ilə idarə edib.
İndi 56 yaşlı sürücünün bu hərəkətləri onu həm sürücülük vəsiqəsindən məhrum edəcək, həm cərimələnəcək, həm də ki, avtomobilə həbs qoyulacaq.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












