Sərxoş yeniyetmə avtomobil qaçırdı – Cərimə və həbs cəzası alacaq - VİDEO

Saxalin vilayətində sərxoş yeniyetmə avtomobil qaçırıb. Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə böyük rezonans doğuran həbs anı təhlükəsizlik kameralarına düşüb.
Vilayətin növbətçi polis hissəsinə müraciət edən 50 yaşlı kişi avtomobilinin oğurlandığını bildirib. Ərazidə patrul xidməti aparan yol polisləri qısa müddət sonra təsvirə uyğun gələn xarici markalı avtomobili qeydə alıblar. Polisin "saxla" əmrinə tabe olmayan sürücü qaçmağa çalışsa da, asayiş keşikçiləri operativ hərəkət edərək onu yaxalaya biliblər.
Məlum olub ki, sükan arxasındakı şəxs 17 yaşlı yeniyetmədir.
Araşdırmalar zamanı onun əvvəllər də sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi üçün məsuliyyətə cəlb olunduğu üzə çıxıb. Tibbi müayinə gəncin spirtli içki qəbul etdiyini təsdiqləyib.
Hadisə ilə bağlı yeniyetmənin valideynlərə övladlarının tərbiyəsi və vəzifələrinin icra edilməməsi ilə bağlı inzibati protokol tərtib olunub.
Gənc oğrunu isə 300 min rubla qədər cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Faktla bağlı araşdırmalar davam edir.
Namiq Musayev
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












