Sığortalı avtomobilinə sığorta cəriməsi gəlib - "Atəşgah" sürücünü necə çətinliyə salıb... - VİDEO

Avtomobilini icbari qaydada sığorta etdirib, buna dair müqavilə imzalayıb, ancaq sığorta etdirmədiyi üçün 2 ay sonra adına cərimə gəlib.
Avtosfer.az-ın məlumatına görə, bu hadisə Ağcabədi rayon sakini Oktay Səfərovun başına gəlib. O deyir ki, bu ilin aprel ayının əvvəlində özünə məxsus avtomobili "Atəşgah" sığorta şirkəti vasitəsilə icbari qaydada sığorta etdirib. Sığorta agenti müqavilə ilə ona yaxınlaşıb və 71 manat ödənişi qəbul edib. Avtomobilini sığorta etdirdikdən iki ay sonra ona sığorta olunmadığı üçün cərimə gəlib.
Oktay Səfərovun sözlərinə görə, sığorta şirkəti onun avtomobilinin icbari sığortasını yenidən rəsmiləşdirsə də, cərimə ödənilməmiş qalıb.
Ödənilməmiş cəriməyə görə avtomobilini sürə bilməyən sürücü çıxılmaz vəziyyətdə qalıb. Məsələ ilə bağlı sığorta şirkətinin Ağcabədi rayon nümayəndəliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, həmin vaxt sistemdə problem olub. Ödəniş sistemə düşmədiyi ücün müqavilə qeydə alnmayıb. Vətəndaşın müraciətindən sonra məsələ araşdırılıb və yenidən müqavilə bağlanıb. O ki qaldı cərimə məsələsinə, vətəndaş özü bununla bağlı şirkətin baş idarəsinə müraciət etməlidir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












