Şok kadrlar: Polislər hicablı qız müsəlman olduğuna görə döydü – VİDEO

Sən müsəlmansan, başında hicab var! Sevgilin də müsəlmandır! Al, gəldi! Bunu deyən qadın polis yanında oturmuş hicablı qızın başına vurur. Avtosfer.az milli.az-a istinadən bildirir ki, olay Hindistanın Uttar-Pradeş ştatında, Meerut şəhərində yaşanıb. Şəhər küçələrindən birində iki gənci dayandıraraq döyməyə başlamışdılar. Onların "günah"ları oğlanın saqqallı, qızın isə hicablı olması idi. Hadisə yerinə çağırılmış polislər gəncləri saxlayıblar və polis idarəsinə aparıblar. Maşın yolda olarkən polislər qızı təhqir etməyə, döyməyə başlayıblar. Polis qadınlardan biri isə qızın başına vurub, sonra ona "Hicabı çıxar!" deyib. 20 yaşlı Priyanka adlı qız naçar qalaraq hicabı çıxarıb. Olayın videosu sosial şəbəkələrdə yayılandan sonra böyük qalmaqal qopub. Maşındakı polislər vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılıblar. Araşdırma başa çatanadək onlar işə çıxmayacaqlar. Həmin polislər baş konstebl Saleka Çand, konstebl Netu Sinqh və polis nəfəri Seynserpaldır. Meerut şəhər polisinin rəisi Praşant Kumarın dediyinə görə, insident çox ciddi şəkildə təhqiq olunur.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












