"Sovetski"də tikinti aparan şirkət insanları təhlükəyə atır - VIDEO
Keçmiş “Sovetski” adlanan ərzidə “İLK İNŞAAT” şirkətinin yol verdiyi nöqsan ərazidə yaşayan insanları bezdirib. Bu barədə Avtosfer.az-a ərazidə yaşayan vətəndaş şikayət edib. Şikayətçi bildirir ki, ərazidə düzgün aparılmayan işlər ucbatından vətəndaşlar ölümlə üz üzə qalırlar. Artıq neçə həftədir bu vəziyyəti N.Nərimanov prospekti kimi hərəkətin sıx olduğu ərazidən keçən polislər nədənsə "görməyiblər".
Şirkətin tikinti işləri apardığı ərazidə N.Nərimanov pr. ilə M.Əliyev küçəsinin kəsişməsindən sonra hasar o qədər sıx çəkilib ki, uşaq arabası ilə yol getmək olmur. Vətəndaş onu qeyd edir ki, keçən dəfə uşaq arabasını avtomobil yolu ilə apardığına görə arxadan gələn avtomobil az qala bir ailəni vuracaqmış. Xatırladaq ki, yaxın aylarda həmin ərazidə bir avtomobil sözügedən hasara çırpılmışdı.
Ümid edirik ki, aidiyyatı qurumlar insanların gediş-gəliş yolunu çirkləndirdiyi və insanların avtomobil yolu ilə hərəkət etməsinə məcbur olmasına səbəb olacaq nöqsana yol verdiyi üçün “İlk İnşaat” şirkəti barəsində hüquqi tədbirlər görəcək. Ərazidə vətəndaşlar tərəfindən çəkilmiş videonu təqdim edirik:
O.Ə.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












