Süni intellekt Azərbaycanın nəqliyyat sisteminə tətbiq edildi – Görün nələr baş verir - VİDEO

Son illər Azərbaycanda nəqliyyat infrastrukturunda bir sıra texnoloji yeniliklərin tətbiqinə başlanılıb. Taksi sifarişi zamanı sürücünün və sərnişinin təhlükəsizliyinin təmini istiqamətində görülən işlər artı bir müddətdir ki, özünün müsbət tərəflərini göstərməyə başlayıb. Lakin elə şirkətlər var ki, nəqliyyat vasitələrinin bütün texniki parametrlərinə nəzarət edən, eləcə də vaxtaşırı təhlükəsizliyin təmini üçün yenilənən sistemlərin təşkili ilə məşğuldur. Bu şirkətlərdən biri də “Streamax Technology Co. Ltd.”dir. Bu şirkət dünya bazarına nəqliyyat sahəsində təhlükəsizliyi yüksək səviyyətə çatdıran məhsulların təminatçısıdır.
Şirkətin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə Satış direktoru Ercan Öztürk Avtosfer.az-ın qonağı olub. Ercan Öztürk müsahibə zamanı ölkəmizin çox əlverişli coğrafi mərkəzdə yerləşdiyini və geniş logistik imkanlarının olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda nəqliyyat sektorunda ciddi dəyişikliklərin edilməsinə ehtiyac var və “Streamax” bunu təmin edə bilər:

“Taksilərin xaricində ictimai nəqliyyat üçün təkliflər irəli sürürük. Bilirsiniz ki, Türkiyədə 81 böyük şəhər var və bunlardan 71-də “Streamax”ın təklif etdiyi həllərdən istifadə edilir. Təxminən bazarda 80% payımız var. Bu 80% payın içərisində şirkətimizin bir sıra məhsulları təqdim edilir: Smart-dayanacaq təklifləri var. Avtobus bir dayanacağa yaxınlaşarkən anons verilir: Yaxınlaşdığımız dayanacağln adı filandır. Növbəti dayanacağın adı filandır. Bunlar çox standart təkliflərdir. İkincisi, avtobusun bütün monitorları vasitəsilə bələdiyyənin bütün çağırışlarını, reklamlarını uzaqdan idarə etməklə vətəndaşlara çatdıra bilirik. Amma bələdiyyə və xalqın maraqlarını təmin edən hissə başqadır. Belə ki, burada əvvəlcə sürücünün yol verdiyi qayda pozuntularını izləyə bilirik və bunun qarşısını ala bilirik. İkincisi, nəqliyyat vasitələrinin çətin şəraitlərdə istifadəsi zamanı texniki yoxlanış ehtiyaclarını bilirik. Nəqliyyat vasitələrində “can-bus” sistemi var və bu sistem üzərindən avtomobildə yarana biləcək zərəri əvvəlcədən görə və xəbərdarlıq edə bilirik. Avtomobili və sürücünü qoruya, eləcə də avtomobilin yanacaq məlumatlarını əldə edib yanacağın qənaətlə işlədilməsi üçün təlimatlar verə bilirik”.
“Streamax”ın Azərbaycan, Türkiyə və Gürcüstan üzrə Satış direktoru Ercan Öztürkün həmin müsahibəsini təqdim edirik:
Səfər
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












