Süni intellektin nəqliyyatda tətbiqi sürücü xətalarının qarşısını ala bilər? - VİDEO

Son illər dünyada texnologiyanın sürətli inkişafı özünü nəqliyyat sektorunda da göstərməyə başlayıb. İstər inkişaf etmiş ölkələrdə, istərsə də Azərbaycanda bu sahədə bir çox yeniliklərin tətbiqinə başlanılıb. Bu yeniliklərin ən yüksək mərtəbəsi dövrün ən çox tələb olunan məhsuluna çevrilən süni intellektdir. Bu məhsul özünü bir sıra cəhətlərdən sübut edə bilib. Nəqliyyat sahəsində süni intellektin tətbiqinə bir sıra ölkələrdə artıq 5-6 ildir keçilib. Azərbaycanda ötən ildən nəqliyyat sahəsində süni intellektin geniş tətbiqinin yoxlanılmasına başlanıb. Bu prosesdə başlıca rol “Streamax” şirkətinin üzərinə düşür. Şirkətin ölkəmiz gətirdiyi texnologiyalar logistika və sərnişindaşıma sahəsində yeniliklərin tətbiqinə heablanıb.
Şirkətin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə Satış direktoru Ercan Öztürk Avtosfer.az-ın qonağı olub. Ercan Öztürk müsahibə zamanı ölkəmizin çox əlverişli coğrafi mərkəzdə yerləşdiyini və geniş logistik imkanlarının olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycanda nəqliyyat sektorunda ciddi dəyişikliklərin edilməsinə ehtiyac var və “Streamax” bunu təmin edə bilər:

“Streamax” insan həyatını qoruyan və nəqliyyat vasitəsinə, şirkətə investisiya etdiyi yatırımları qorumağa çalışan məhsullar istehsal edir. Sadəcə Azərbaycanda yox, bütün dünyada problemlərin mənbəyi insandır. İnsanın iştirakı olan bütün sahələrdə yol verilən xətalar insan həyatına, eləcə də gəlir itkisinə rast gəlinir. Bunların qarşısını almaq üçün isə ən sadə izləmə cihazlarından ən yüksək səviyyədə süni intellekt texnologiyaları istehsalar edirik ki, insanların əməklərini qoruyaq. Azərbaycan bu mövzuda körpü ölkə funksiyası daşıyır. Bu ölkə Asiya və Avropanı əlaqələndirən yolun üstündə çox önəmli nöqtədə yerləşir. Logistik daşımalarda bu sahədə təhlükəsizliyin təminatı, hədəflərin gerçəkləşdirilməsi və bütün bunları edərkən də insan həyatının diqqətdən yayınmadan uğura çatmaq üçün bir sıra sistemlərin tətbiqi mütləqdir. Biz bu nöqtədə sürücü xətalarının qarşısını alan, yük və sərnişin daşımalarını daha gəlirli və sürətli hala gətirəcək həllər təklif edirik. Çünki insan yata bilər, insan xəta törədə bilər, gecə-gündüz oyaq qala bilməz, amma süni intellekt insanın yerinə bunu edə bilər”.
Ercan Öztürkün müsahibəsinin tam videosunu təqdim edirik:
Səfər
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












