Sürət həddini aşan sürücü ağır qəza törətdi: 5 nəfər həyatını itirdi - ANBAAN VİDEO

Beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Soçi şəhərində baş verən qəza anı kameraya düşüb. Məlumata görə, yüksək sürətlə idarə olunan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq tunelin girişinə çırpılıb. Qəza nəticəsində sürücü, onun həyat yoldaşı, 5 yaşlı qızı, 10 yaşlı oğlu və 12 yaşlı digər oğlu hadisə yerində dünyasını dəyişiblər. Avtomobildə olan digər kiçikyaşlı 3 uşaq isə möcüzə nəticəsində sağ qalıb. Yaralılar dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı cinayət işi açılıb. Polis əməkdaşlarının ilkin araşdırmalarına əsasən, qəza zamanı yol örtüyü yaş olsa da, sürücü hava və yol şəraitini nəzərə almadan sürət rejimini kobud şəkildə pozub. Faktla bağlı təhqiqat davam etdirilir.
Sözügedən hadisənin anbaan görüntülərini təqdim edirik:
Namiq Musayev
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












