Sürücü ehtiyat hissəsinin saxta olduğunu necə anlayır? – Aqil Rəhimovdan AÇIQLAMA - VİDEO

Bir çox hallarda avtomobillərdə istifadə olunan ehtiyat hissələrinin keyfiyyət məsələsi sürücülərin ən çox narahat olduğu problemə çevrilir. Bunun əsas səbəbi isə nəqliyyat vasitəsini servisdən yox, sosial şəbəkədən tapdığı hansısa sahbikardan alması, yaxud sifariş verməsidir.
Avtosfer.az xəbər verir ki, vətəndaş avtomobili servisdən yox, başqa sahibkardan, yol kənarı avtosalondan aldığı zaman ehtiyat hissəsini servisdən əldə etmək şansını itirir. Çünki servislər avtomobili oradan alan sürücülər üçün xidmətlər təklif edir ki, bura həm də ehtiyat hissələrinin zəmanətli satışı da daxildir.
Sürücü də maşını başqa yerdən aldığı üçün ehtiyat hissəsini də başqa yerlərdən tapmalı olur. Ölkədəki avtomobil ehtiyat hissələri mağazalarında isə hansısa detalın orjinallığına, eləcə də keyfiyyətinə zəmanət verilmir. Avtomobil idarəçisi isə bu keyfiyyət fərqini yalnız hadisə baş verən an başa düşür. Ya əyləc işləmir, ya sükan sistemində problem çıxır, ya təkərlər, ya da digər hissələr idarəetmədən çıxır və nəticə ağır olur.
Mövzu ilə əlaqədar sürücüləri narahat edən suallarə yol qəzaları üzrə ekspert Aqil Rəhimova ünvanladıq:

“ -Aqil müəllim, avtomobil idarə edərkən ehtiyat hissəsinin saxta, keyfiyyətsiz olması özünü necə büruzə verir? Sürücü bunu hansı məqamda hiss edə bilir?
- Ehtiyat hissələrinin saxta və orijinallığı ya qəza anında özünü göstərir, ya da ki, avtomobil sizi yolda qoyanda. Qəzaya düşəndə sürücü bilir ki, saxta ehtiyat hissəsindən istifadə edib. Yaxud da maşın söndükdə, işə düşmədikdə, avtomobildə alışma başladıqda bilir ki, düzgün etməyib, saxta ehtiyat hissəsindən istifadə edib.
-Sürücünün məsuliyyəti təkcə avtomobili sürmək yox, həm də ona qulluq etməkdir. Sizcə, sürücülər avtomobilin daha çox hansı detallarının orijinallığına, keyfiyyətinə diqqət etməlidirlər?
- Ümumilikdə, 4 əsas hissə var ki, orada saxta ehtiyat hissələrindən istifadə düzgün deyil. Birincisi, avtomobilin tormoz sistemidir. Saxta qəliblərdən istifadə qəzaya səbəb ola bilər. Ən mühüm anda tormoz işləməyəcək. İkincisi, saxta hissələrin sükan idarəetmə sistemində istifadəsi çox qorxuludur. Təsəvvür edirsiz, sükanı döndəririsən, maşın isə sükanı düz tutub mağazaya girir. Üçüncüsü, avtomobilin asqı sistemində keyfiyyətsiz hissələrdən istifadə də qəzaya səbəb ola bilər. Bu gün ən aktual problemlərdən biri avtomobillərin alışmasıdır. Zavod günahından nəqliyyat vasitələrinin alışması çox az hallarda baş verir. Sonuncu hissə odur ki, sürücülər avtomobillərin elektrik sisteminə müdaxilə edirlər. 360 dərəcə çəkə bilən kamera qoyurlar, maşının salonunun tavanını işıqlandırırlar. Etsinlər, amma bunu peşəkar ustalara həvalə etmək lazımdır, kimə gəldi yox.
-Sürücülərə tövsiyəniz nədi? Ehtiyat hissələrini haradan alsınlar ki, sürüş zamanı qəzalara səbəb olacaq problemlər çıxmasın?
- Sürücülər belə problemlərlə qarşılaşmamaq üçün təsadüfi, yolqırağı mağazalardan ehtiyat hissələri almamalıdır. ən yaxşısı, servisin özünə müraciət etmək lazımdır. Ola bilsin ki, qiymətdə o qədər də böyük fərq olmasın, amma keyfiyyət barədə böyük fərq olacaq. Ona görə də bütün hallarda servisə müraciət edilməlidir”.
Səfər
Qadın sürücü qayda pozub qəza törətdi – Maşından düşüb asfalta çırpıldı - VİDEO
Çörək daşıyan maşın motosiklet sürücüsünü keçiddə vurub öldürdü – ANBAAN VİDEO
Nizamidə “Təhlükəsiz şəhər və məsuliyyətli şagird” adlı tədbir keçirildi - VİDEO
Artıq Xırdalan yolunda tıxac olmayacaq - AYNA-dan AÇIQLAMA - VİDEO
Normadan artıq yükə görə baş verən qəzaların görüntüləri yayıldı - ANBAAN VİDEO
Özünü qadına bənzədən oğlan maşın oğurladı – Cərimələnib həbs edildi - VİDEO
Qayda pozan sürücü motosikletçiyə təhlükə yaradıb nalayiq ifadələr işlətdi - VİDEO
Xətti elə çəkiblər ki, geriyə dönənlərin çoxu cərimə olunur - DYP-dən AÇIQLAMA - VİDEO
"Tarqovı"da parklanma xaosu - Yanğınsöndürənlər hadisə yerənə çata bilmədi - VİDEO
Yeniyetmə “Hyundai”ı ağaca çırpdı; xilasedicilər maşından çıxardı, polis cərimələdi - VİDEO
Bu ərazilərdə taksilər şəxsi avtomobillərin əlindən dayanacaq tapa bilmir - VİDEO








