Sürücülər, avtomobilinizi texniki baxışdan keçirin, əks halda... -VİDEO
Minik avtomobillərinin texniki baxışdan keçməsi üçün qoyulan vaxtın bitməsinə saylı günlər qalır. Avtomobillərin Dövlət texniki baxışı məntəqəsindən verilən məlumata görə, indiyədək maşınların yalnız 16 faizə yaxını yoxlamadan keçib.
Görünür, ötən illərdə olduğu kimi, bu il də sürücülər avtomobili texniki baxışdan keçirmək üçün son günləri gözləyirlər. Bu düşüncədə olanlar çox olduğundan yoxlama məntəqələrində uzun növbələr qaçılmaz olur. Minik avtomobilinin ilk istehsal olunan tarixdən etibarən 4 il müddətində texniki baxışdan keçirilməsinə ehtiyac yoxdur. 4 ildən 10 ilədək yaşı olan maşınların saz vəziyyətdə olmasını bilmək üçün iki ildən bir texniki müayinədən keçirmək tələb olunur. İstehsal ili 10 ildən yuxarı olan avtomobillər isə, hər il texniki baxışdan keçirilməlidir.
Əgər maşın yoxlanılarkən texniki normativlərə cavab vermirsə, mütləq təmir olunmalıdır. Texniki göstəricilər normal qaydaya gətirildikdən sonra proses təkrar olunur. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün son tarix iyulun 31-dir. Bundan sonra hər an cərimələnə bilərsiniz. Avtomobillərin texniki cəhətdən yoxlanılması gələn ildən fərqli olacaq. Belə ki, sürücüyə yoxlama haqqında talon verilməyəcək. Nəqliyyat vasitəsinin texniki baxışdan keçirilməsi haqqında məlumat Dövlət Yol Polisinin mərkəzi informasiya sistemində qeydiyyata alınacaq.
Yalnız dövlət sərhədini keçərkən problemin yaşanmaması üçün ölkədən xaricə çıxan nəqliyyat vasitələrinə bu barədə bildiriş veriləcək. Yeniliklər bununla tamamlanmır.Texniki müayinədən keçməyən avtomobili idarə etməyə görə, kameralar vasitəsilə elektron qərar tərtib olunacaq. Nəqliyyat vasitəsinin növündən asılı olmayaraq, texniki baxış üçün standart dövlət rüsumu 20 manatdır. Amma qaydalara əməl etməyib vaxtında avtomobili texniki baxışdan keçirməyənləri bundan bir neçə dəfə çox cərimə gözləyir. Fiziki şəхslər 50, vəzifəli şəхslər 100, hüquqi şəхslər isə 300 mаnаt məbləğində cərimələnə bilər. Vaxtında avtomobilinizi texniki baxışdan keçirin ki, böyük məbləğdə cərimələrlə qarşılaşmayasınız.
Mənbə: 24.arbtv.az
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO
“Gözüyumulu” ötmə edən sürücü qəzadan son anda yayındı - VİDEO
“Bolt”a daxil olan şikayətləri “Müştəri Dəstəyi” komandası necə araşdırır? – AÇIQLAMA - VİDEO
Əks yola çıxıb qarşıdan gələn sürücüyə qorxulu anlar yaşatdı - 90-OG-543 - VİDEO
Qubada qayda pozan sürücü az qala qəza törədəcəkdi - ANBAAN VİDEO
Hövsanda motosiklet sürücüsündən “ölüm şousu”: Az qala yük maşınına çırpılacaqdı - VİDEO
“Range Rover” sürücüsündən təhlükəli hərəkət: Maşını qapısı açıq sürdü - 90-AZ-173 - VİDEO
Oturacağı yandırdılar, saqqız yapışdırdılar – Sürücü sərnişinlərin avtobusda nə etdiklərini paylaşdı – VİDEO
Bakıda qadın azyaşlı uşağı motosikletdə belə apardı – TƏHLÜKƏLİ ANLAR - VİDEO
Bu ərazidə yolun yaş olması təhlükə yaradır – Yük maşını az qala qəzaya düşəcəkdi - VİDEO










