Sürücülər niyə ənənəvi avtomobil yox, elektromobil almalıdır? - Ekpsert İZAH ETDİ - VİDEO

Elektrikli nəqliyyat vasitələri son illərdə bütün dünyada geniş yayılmağa başlayıb. Onların sürətlə populyarlaşmasının əsas səbəbi həm texnoloji üstünlüklər, həm də daha qənaətcil və ekoloji cəhətdən təhlükəsiz olmalarıdır.
Bir çox sürücülər ənənəvi mühərrikli avtomobillərlə müqayisədə elektrik avtomobillərinin hansı üstünlüklərə malik olduğunu öyrənməkdə maraqlıdır. Xüsusilə də xərclərin azalması, daha az texniki nasazlıq və alternativ enerji mənbələrinə keçidin verdiyi rahatlıqlar bu sahəyə diqqəti artırır.
Bakının bu küçəsində yol tənzimlənmədiyi üçün qəzalar qaçılmaz olur - VİDEO
Bəs elektrik avtomobillərinin ənənəvi benzin və dizel mühərrikli nəqliyyat vasitələrindən əsas fərqləri nələrdir?

Mövzu ilə bağlı bərpa olunan enerji, enerji bazarı və yaşıl enerji həlləri üzrə mütəxəssis Toğrul Əziz Avtosfer.az-a açıqlamasında bildirib ki, bu sual hazırda avtomobil sahiblərini və yeni nəqliyyat almağı planlaşdıranları ən çox maraqlandıran mövzulardan biridir:
“Elektrikli nəqliyyat vasitələrinin sürətlə yayılması məhz onların texniki üstünlükləri və daha az xərclə istismar olunmaları ilə bağlıdır. Elektrik avtomobilləri ənənəvi benzin və dizel mühərrikli nəqliyyat vasitələrindən bir sıra əsas xüsusiyyətləri ilə fərqlənir. Onun sözlərinə görə, elektrikli avtomobillərdə daxili yanma mühərriki olmadığından minlərlə detal mövcud deyil. Bu isə texniki xidmət xərclərini 4–6 dəfə azaldır.
Elektrikli avtomobillərdə yanacaq sərfiyyəti olmur. Hər 100 km məsafənin şarj xərci təxminən 1–2 manat təşkil edir. Səs çıxarmaması, titrəyişin olmaması və ekoloji cəhətdən tam təmiz olması onların əsas üstünlüklərindəndir”.
Toğrul Əziz vurğulayır ki, elektrikli avtomobillərin karbon emissiyası sıfıra bərabərdir. Elektrik avtomobillərində istifadə olunan litium-ion batareyalar orta hesabla 8–15 il nəqliyyat vasitəsinə xidmət edir:
“Batareyanın ömrü bir sıra amillərdən asılıdır. Qulluq qaydalarına düzgün riayət edildikdə bu müddəti uzatmaq mümkündür.
Batareyaların ömrünə ən çox təsir edən amillərdən biri yüklənmə metodudur. Tez yükləmə və çox istifadə ömrü qısaldır. Havanın temperaturu, sürmə tərzi, kondisioner və isitmə sistemindən istifadə də batareyanın iş müddətinə birbaşa təsir edir.
Batareyanın tam boşaldılması da arzuolunan deyil və bu proses tez-tez təkrarlanarsa, ömrünü azalda bilər. Buna görə də batareyanın tam boşalmadan doldurulması tövsiyə olunur.
Hazırda dünya üzrə “Tesla” və “BYD” kimi istehsalçılar bu batareyalara 160.000 km-ə və ya başqa sözlə, 8 ilə qədər zəmanət verirlər”.
Eltac Zülfüqaroğlu
Başı telefona qarışan qadın kanalizasiya quyusuna düşdü - VİDEO
Binəqədidə “Porsche” ilə əks yola çıxıb sürücüləri təhlükəyə atdı - VİDEO
Motosiklet “Opel”lə toqquşdu - Polis əməkdaşı öldü - VİDEO
Uşaqların Müdafiəsi Günündə valideynlərə ÇAĞIRIŞ - VİDEO
Yol polisi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlqədar yarış təşkil etdi - VİDEO
Xarici nömrə nişanlı avtomobilin sürücüsü təcili tibbi yardıma yol vermədi - VİDEO
Qızları avtomobilə yığıb avtoxuliqanlıq etdi – Polis saxladı - VİDEO
Tblisiyə gedən qatarın sərnişinləri yaradılan şəraitdən məmnun qalıblar - VİDEO
“Sea Breeze”də Azərbaycanda ilk Təhlükəsizlik Konfransı keçirildi – “Bolt”dan AÇIQLAMA - VİDEO
Qaydaları tərsinə anlayan sürücü motosikletçi ilə mübahisə etdi - VİDEO
Qadın sürücü qəzaya səbəb oldu; avtomobil körpüyə çırpıldı - FOTO - VİDEO








