Sürücülərin avtobusa dayanacaqda sərnişin mindirə bilməməyinin səbəbi nədir? – ARAŞDIRMA - VİDEO - FOTO

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarında tez-tez müşahidə olunan problemlərdən biri də sürücülərin bəzi dayanacaqlarda saxlamamasıdır.
Avtosfer.az xəbər verir ki, bu hal əsasən iki səbəbdən baş verir: ya avtobus artıq dolu olur və əlavə sərnişin qəbul etmək mümkün olmur, ya da həmin dayanacaqda düşmək istəyən sərnişin olmur.

Lakin bu vəziyyət bəzən narazılıqlara yol açır. Bir tərəfdə sürücülərin bu davranışını düzgün hesab edənlər, digər tərəfdə isə “dayanacaq varsa, mütləq saxlanılmalıdır” deyənlər var. Nəticədə həm sürücülərlə sərnişinlər, həm də sərnişinlərin öz aralarında mübahisələr yaşanır.

Mövzu ilə bağlı vətəndaşlar arasında sorğu keçirdik. Sorğu zamanı bəzi sərnişinlər avtobusun dolu olduğu üçün minə bilmədiklərini, bəzi hallarda isə ümumiyyətlə avtobusların dayanacaqda saxlamadığını bildiriblər.

Eyni zamanda avtobus sürücüləri də bu məsələdə fikirlərini bölüşüblər. Onlar bildirirlər ki, avtobusda yer olmadıqda dayanacaqda saxladıqları zaman sərnişinlər tərəfindən narazılıqla qarşılaşırlar. “Yer yoxdur, hara götürürsən?” kimi etirazlarla qarşılaşdıqlarını deyən sürücülər qeyd edirlər ki, onlara hər dayanacaqda saxlamaq tapşırılıb və bu qaydalara əməl etməyə çalışırlar.

Məsələ ilə bağlı “Ayna”nın mətbuat katibi Tural Orucov saytımıza bildirib ki, Marşrut avtobusları tərtib olunmuş hərəkət sxemi üzrə fəaliyyət göstərir və onların xətt üzrə təyin olunmuş dayanacaq məntəqələrində saxlamaqları təmin edilir:
“Tərəfimizdən marşrut avtobuslarının daşıyıcılarına sürücülərin sərnişindaşıma qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi, marşrutun hərəkət sxemi üzrə təyin olunmuş dayanacaq məntəqələrində dayanmalarının vacibliyi vurğulanıb”.
Fidan
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












