Sürücülərin nəzərinə: Tbilisi prospektində kameralar sizi çəkir - VİDEO
Bir çox sürücülər zolaqlar üzrə hərəkət yol nişanı ilə məcburi hərəkət yol nişanını səhv salır və onların mənasını düzgün qəbul etmirlər. Avtosfer.az xəbər verir ki, Tbilisi prospekti ilə Şəfayət Mehdiyev küçəsinin kəsişməsində zolaqlar üzrə hərəkətdə dəyişiklik edilib. Yeni quraşdırılan 5.8.1 “zolaqlarla hərəkət istiqaməti” nişanı və 1.18 zolaqlar üzrə hərəkət nişanlanması sizə zolaqdan yalnız sola dönməyə və müəyyən edillən hissədən düzünə hərəkət etməyə icazə verir. Çünki geriyə dönmə yalnız sol kənar zolaqla həyata keçirilə bilər.
1.11 nişanlama xətti yalnız bir zolaqdan çıxaraq yerdəyişməyə icazə verilən yol sahələrində əks və ya eyni istiqamətli nəqliyyat axınlarını ayırır və yalnız bir tərəfə hərəkət etməyə icazə verilən yollarda geriyə dönmək və sair üçün nəzərdə tutulmuş yerləri göstərir. Bu da o deməkdir ki,sol tərəfə dönmək və ya düzünə hərəkət edənlər artıq zolağı əvvəlcədən seçməlidirlər.
Xatırladaq ki, burada bunun üçün 5.8.1 “zolaqlarla hərəkət istiqaməti” nişanı və 1.18 zolaqlar üzrə hərəkət nişanlanması mövcuddur. Bu qaydaların pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə nəzərdə tutulur. (Avtoreyd)
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












