Taksi sürücülərinə cərimə balları ilə bağlı güzəşt edilməlidirmi? - SORĞU

Ötən həftə deputat Razi Nurullayev Milli Məclisin plenar iclasında maraqlı fikirlər irəli sürüb.
Avtosfer.az xəbər verir ki, deputat iclas zamanı sürücülərin hüquqlarının qorunması məsələsinə toxunub. O bildirib ki, Son dövrlər yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət tədbirlərinin görülməsi bu hüquqazidd hərəkətlərə yol verən şəxslər tərəfindən qeyd olunan neqativ hallardan çəkinməsinə gətirib çıxarır. Hər kəs birmənalı qanunlara tabe olmalıdır. Burada sual yaranır: biz problemi doğrudanmı həll edirik, yoxsa sadəcə, qayda pozuntusuna görə məsuliyyətə cəlb edirik?
Deputat qeyd edib ki, bir neçə ayın içində qaydalara riayət etməyərək təyin olunmuş balı keçən və bununla da sürücülük vəsiqəsi məhdudlaşdırılan insanlar var:
“Bu adamların alternativi yoxdur. İctimai nəqliyyat hər yerdə əlçatan deyil. Əgər məqsəd təhlükəsizlikdirsə, o zaman yol nişanları, yol xətləri, işıqlandırma, piyada keçidləri, ağıllı nəzarət sistemlərini inkişaf etdirməliyik”.
Razi Nurullayev bu sahədə islahatlar aparılmasının vacibliyini vurğulayıb. Onun fikirlərini əsas götürərək paytaxtda sürücülər arasında sorğu keçirdik. Sorğuda iştirak edən sürücülərin əksəriyyəti məhz taksi sürücülərinə daha çox güzəşt edilməsinin lehinə olduqlarını bildirdi. Sual ünvanladığımız taksi sürücüsü isə hər taksi sürücüsünün ayda 300-400 manat cəriməsi və xeyli cərimə balı yığıldığını qeyd etdi.
Sürücülərlə təşkil edilən sorğunun videosunu sizə təqdim edirik:
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












