TƏBİB təcili yardıma yol verən nümunəvi sürücülərin görüntülərini yaydı - ANBAAN VİDEO

Son günlər sosial şəbəkələrdə təcili yardım avtomobillərinə yol verən sürücülərlə bağlı yayılan görüntülər böyük rəğbətlə qarşılanıb. Bu, bir daha göstərir ki, vətəndaşlarımız humanistlik və həmrəylik nümunəsi ortaya qoyaraq, insan həyatının xilas edilməsinə dəstək olurlar.
Qeyd edək ki, təcili tibbi yardım avtomobillərinə yol vermək yalnız qaydalara riayət deyil, həm də vətəndaşlıq borcudur. Çünki hər saniyə, hər dəqiqə insan həyatının xilası üçün böyük əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, təcili yardımın qarşısını kəsmək isə həm qanunla qadağandır, həm də ağır nəticələrə səbəb ola bilər. TƏBİB-in mətbuat katibi Elnur Hidayətoğlu paylaşdığı video ilə təcili tibbi yardım avtomobilinə yol verən sürücülərə minnətdarlığını bildirib:
“Yenə də sizi göstəririk! Və yenə də sizi nümunə göstəririk! TƏBİB təcili yardım sürücülərinə yol verən sürücülərə təşəkkür edir! Hər bir sürücünü təcili yardım avtomobillərinə yol verməyə çağırırıq.
QEYD: Təqdim edilən bu videoçarx yol hərəkəti qaydalarına riayət etmək şərti ilə təcili yardım avtomobillərinə yol verən sürücüləri təbliğ və təşviq etmək, onlara göstərdikləri diqqətə görə təşəkkür etmək və ən əsası, başqalarına nümunə göstərmək xarakteri daşıyır”.
Eltac Zülfüqaroğlu
Sübh çağı dəhşətli hadisə - Sürücü yuxuladı, sərnişin öldü - VİDEO
Bu yolun sağ zolağı ölüm yuvasıdır - ŞİKAYƏT - VİDEO
Müəllim və şagirdlər Dövlət Himnini birlikdə səsləndirdilər – VİDEO
Sultəpədə səki problemi: Piyadalar çətinliklə hərəkət edir – VİDEO
99-AV-999 nömrəli "Lamborghini" saxlanıldı - Avtoxuliqanlığın özəl görüntüləri - VİDEO
Astarada "Niva" 70 metrlik dərəyə düşdü; sürücü ÖLDÜ - VİDEO
Maşın bazarında parklanma problemi: Limiti keçənlər əlavə ödəniş edir – İDDİA - VİDEO
Nübarda yol çala-çuxur içindədir – Sakinlər illərdir əziyyət çəkir - VİDEO
Anidən əks yola çıxmaq istədi; qəza baş verdi - VİDEO
Yollardakı metal baryerlər baykerlər üçün niyə təhlükəlidir? – VİDEO
Hökməli–Qobu–Güzdək yolunda bərbad vəziyyət: Sakinlər narazıdır – VİDEO












