Tehran metrosunda şok: Qız başını açıb, axunda... - VİDEO
Tehran metrosunda gənc bir qadın baş örtüyünü açaraq, axunda etiraz edib. Avtosfer.az axar.az-a istinadən bildirir ki, qatarın gəlməsini gözləyən qız yanında oturan bir axunddan və qara çarşablı qadından çəkinmədən baş örtüyünü açıb. Bundan sonra axundun və qara çarşablı qadının etirazı ilə qarşılaşıb. Onlar həmin xanıma yaxınlaşaraq, hədə-qorxu gəldikdən sonra hicabını geyinməsini tələb ediblər. Baş örtüyünü açmış qadın üzünü axunda tutaraq, onu və ölkəni bərbad günə qoyan digər ruhaniləri kəskin tənqid edib. İstədiyi kimi geyinmə haqqı olduğunu, heç kimin onun necə geyinəcəyinə diktə edə bilməyəcəyini dilə gətirən qız, digər sərnişinlər tərəfindən də dəstəklənib. Onun tutulub-tutulmaması ilə bağlı məlumat yoxdur. Xatırladaq ki, qadınların məcburi hicaba qarşı dinc etirazına cari ilin əvvəllərində start verilib. Bir uşaq anası olan Vida Müvəhhid adlı 31 yaşlı qadın, Tehranın İnqilab küçəsində baş örtüyünü açaraq, hakimiyyətin qadınlara zorla qəbul etdirdiyi qara çarşaba öz etirazını bildirib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












