Ucuz ölüm - 1 manat VİDEO
Bir neçə gün öncə, axşam saatlarında Bakının Nobel prospektində dörd nəfərin ölümü ilə nəticələnən yol qəzasına uğrayan avtomobil taksi fəaliyyəti ilə məşğul olub. Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobillə Səməd Vurğun bağının yaxınlığından Hövsan qəsəbəsinə sərnişin daşımaqla məşğul olub. Qəza zamanı həlak olanlar isə müştərilər olublar. Bakı şəhər sakinləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov işdən sonra Hövsan qəsəbəsinə gedərkən Anar Əzimovun idarə etdiyi avtomobilə miniblər.
Bakıda 29 sifarişli taksi xidməti ilə məşğul olan şirkət fəaliyyət göstərir. Onlardan 8-i hüquqi, 21-i isə fiziki şəxslərdir. Bununla yanaşı, minik avtomobili ilə taksi xidməti göstərmək istəyən 10 000-ə yaxın şəxs fərqlənmə nişanı alaraq qeydiyyatdan keçib.
Bakıda ilk özəl taksi şirkəti 1995-ci ildə yaradılıb. İllər keçdikcə taksi şirkətlərinin sayı artmağa başladı. Artıq bazarda bir-biri ilə rəqabət aparan xeyli sayda yerli və xarici taksi xidmətləri fəaliyyət göstərir. Heç bir xidmətə qoşulmayan və fərdi şəkildə sərnişindaşıma ilə məşğul olan sürücülərin sayı isə daha çoxdur.
Taksi fəaliyyəti ilə məşğul olan sürücülər arasında qayda pozuntularına yol verənlərin sayı az deyil. Bunu statistika da göstərir. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov taksi sürücülərinin ən çox yol verdiyi qayda pozuntularını açıqlayıb.
Yol-nəqliyyat üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin sürət həddinə riayət etməməsi bu sahədəki ən ciddi problemlərdəndir.
Ekspert hesab edir ki, taksilərə nəzarət gücləndirilməlidir.
Qeyd edək ki, Azərbaycanda taksi fəaliyyəti üçün lisenziya 2015-ci ildə ləğv edilib. İndi taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər ayda bir dəfə fərqlənmə nişanı almalıdırlar.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












