Uşaq evindən “yük” daşıyan “Prado”nun sahibi bilindi – VİDEO

Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib. APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb. "Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb”, – deyə S. Əhmədova qeyd edib.
1 saylı Körpələr Evindən uşaqlara məxsus əşyaların maşınlara yüklənərək aparılması ilə bağlı videonu müğənni Rəqsanənin qızı Aysun İsmayılova paylaşmışdı. Həmin videoda körpələr evindən çıxarılan əşyaların ”Toyota-Prado” markalı avtomobilə yüklənməsi yer almışdı. Direktor Nəhayət Əliyeva saytımıza açıqlamasında körpələrin ərzağının oğurlanmasını təkzib edərək bildirmişdi ki, maşına yüklənən yataq dəstləri yuyulması üçün aparıllırmış.
Bundan sonra A.İsmayılova ikinci videonu yaydı. Həmin videoda isə bezdəyişmə əməliyatı deyil, körpələr evindən selofan paketlərdə nəyinsə harasa daşındığı aydın görünür.
Səhiyyə Nazirliyinin münasibətinin ilk video ilə bağlı olduğu anlaşılır. Nazirliyin açıqlamasında ikinci videoya toxunulmur.
Onu da bildirək ki, ilk yayılmış videodakı yorğan-döşək yüklənən ”Toyota-Prado” N.Əliyevanın bacısı, qrossmeyster Rauf Məmmədovun anası Vəfa xanıma məxsusdur. N.Əliyeva özü də saytımıza açıqlamasında bunu təsdiq edib. V. Məmmədovın həyat yoldaşı isə prokurorluq sistemində yüksək vəzifə tutmuş Əhməd Məmmədovdur.
xeberfakt.az
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












