Uşaqların Müdafiəsi Günündə valideynlərə ÇAĞIRIŞ - VİDEO

Uşaqlar cəmiyyətin ən həssas və qorunmağa ehtiyacı olan üzvləridir. Hər il iyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur və bu tarix uşaqların sağlam, təhlükəsiz və xoşbəxt mühitdə böyüməsinin vacibliyini bir daha xatırladır. Təəssüf ki, yol-nəqliyyat hadisələri uşaqların həyat və sağlamlığı üçün ən ciddi təhlükələrdən biri olaraq qalır. Bir anlıq diqqətsizlik, yol hərəkəti qaydalarına laqeyd yanaşma və ya nəzarətsizlik bəzən geri dönüşü olmayan faciələrə səbəb olur. Buna görə də uşaqların yol hərəkəti təhlükələrindən qorunmasında valideynlərin rolu xüsusi əhəmiyyət daşıyır. Onların təhlükəsizlik qaydalarını öyrənməsi, küçədə və yolda davranış vərdişlərini mənimsəməsi ilk növbədə ailədən başlayır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 1,19 milyondan çox insan yol-nəqliyyat hadisələrinin qurbanına çevrilir. Ən acınacaqlı məqamlardan biri isə yol qəzalarının 5-29 yaş arası uşaq və gənclər üçün əsas ölüm səbəbi olmasıdır. Statistikaya görə, hər il təxminən 186 min uşaq yollarda həyatını itirir. Bu rəqəmlər göstərir ki, uşaqların yol hərəkəti təhlükələrindən qorunması təkcə dövlət qurumlarının deyil, hər bir valideynin vəzifəsidir. Uşağa kiçik yaşlarından yol hərəkəti qaydalarını öyrətmək, onu küçədə nəzarətsiz buraxmamaq və avtomobildə təhlükəsizlik kəmərindən istifadə etməsinə nəzarət etmək bəzən bir həyatın xilas olunması deməkdir.

Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Avtosfer.az valideynlərə səslənir ki, azyaşlıları yol-nəqliyyat hadisələrindən qorusunlar. Bunun üçün təhlükəsizlik qaydalarına ciddi əməl etmək lazımdır. İlk növbədə uşaqların avtomobildə daşınması, 12 yaşı tamam olan və ön sərnişin oturacağında əyləşən uşaqların təhlükəsizlik kəmərindən istifadəsinə diqqət etmək mütləqdir. 3 yaşdan aşağı uşaqları avtomobildə nəzarətsiz buraxmaq olmaz.
Bütün bunlar qanunverciliyin tələbləridir və valideynlər bu qaydaları övladlarına aşılamalı, onların yol-hərəkəti qaydalarına riayət etməsinə nəzarət etməlidir. Azyşalıların yerüstü və yeraltı, eynizamanda bərabərsəviyyəli piyada keçidlərindən istifadəsi mövzusunda da ciddi şəkildə təbliğat işlərinin görülməsinə ehtiyac var.
Səfər
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












