Üstü maşınla dolu TIR Bakının əsas prospektində hərəkəti belə iflic etdi - DİN-dən VİDEO - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, köməkçi yola daxil olmaq istəyən yük avtomobili nəqliyyatın hərəkətinin məhdudlaşdırılmasına səbəb oldu.
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, ötən gün axşam saatlarında üzərində avtomobillər daşıyan yük avtomobili Heydər Əliyev prospekti, köməkçi yola daxil olarkən düzgün dönmə əməliyyatı edə bilmədiyindən bardürün üzərinə çıxaraq yolda qalıb. Nəticədə prospektdən “Koroğlu” metro stansiyası istiqamətində 16 dəqiqə müddətində nəqliyyatın hərəkəti məhdudlaşıb. Dərhal yol polisi əməkdaşları tərəfindən həm əsas, həm də köməkçi yolda zəruri tədbirlər görülüb. Yük avtomobilinin hərəkəti bərpa olunub. Qəza riski və məhdudiyyət aradan qaldırılıb.
Bununla yanaşı, bəzi yük avtomobillərinin sürücüləri nəqliyyat vasitəsinin qabarit hündürlüyünü nəzərə almadığından prospektdən mərkəz istiqamətinə hərəkət etdikdə “Bağırov” tunelindən keçə bilmirlər. Onlar belə vəziyyətdə sağ kənar yola keçmək üçün geriyə hərəkət etdiyindən yolda qəza riski və sıxlıq yaranır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi belə sürücülərə qeyd edilənləri nəzərə almağı və qaydalara əməl etməyi tövsiyə edir.
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO














