Vətəndaşın fotosundan istifadə edib dostlarından pul istəyən dələduz İFŞA EDİLDİ - VİDEO

Son günlər sosial şəbəkələrdə yeni dələduzluq halları yayılır. Belə ki, dələduzlar müxtəlif şəxslərin şəkillərini onların sosial şəbəkə hesablarından götürərək başqa nömrələrlə dostlarına yazır və pul istəyirlər.
Avtosfer.az xəbər verir ki, şikayətçilərin sözlərinə görə, dələduzlar əvvəlcə həmin şəxsin dostluq dairəsinə daxil olur, sonra isə saxta profillər və ya yeni telefon nömrələri ilə tanışlarına yaxın münasibət yaratmağa çalışır. Daha sonra müxtəlif bəhanələrlə – təcili pul lazım olduğunu, qəfil problem yaşadıqlarını və ya borclarını ödəmək üçün köməyə ehtiyacları olduğunu bildirərək pul köçürülməsini tələb edirlər.
İddialara görə, zərərçəkənlərdən birinin şəklindən istifadə olunaraq dostlarına yazılıb və onlardan maddi yardım istənilib. Lakin həmin şəxsin yaxınları vəziyyətin şübhəli olduğunu anlayaraq dələduzluq cəhdini vaxtında ifşa ediblər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə saxta profillər yaradaraq vətəndaşları aldadıb müxtəlif məbləğlərdə pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən şəxslər barəsində polisə məlumatlar daxil olur:

"Edilən müraciətlər əsasında həmin səhifələri idarə edən şəxslərin müəyyən olunması və barələrində qanunamüvafiq tədbirlərin görülməsi təmin edilir.
Saxta profilləri idarə edən dələduzlar özlərini ailə üzvünüz və ya yaxın bir adamınız kimi təqdim edib təcili pula ehtiyacı olduğunu bildirirsə, mütləq şəkildə dəqiqləşdirici suallar verilməli, əmin olmadıqda qarşı tərəfə onlayn qaydada ödəniş edilməməlidir.
Bir daha hər kəsə çağırış edərək dələduzların qurbanı olmamaq üçün belə səhifələrə qarşı diqqətli olmağı, tanımadıqları və ya şübhəli davranan şəxslərə ödəniş etməməyi, şəxsi və bank kartı məlumatlarını heç kimlə bölüşməməyi tövsiyə edirik".
Eltac Zülfüqaroğlu
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO
Masallı yolunda yük maşınlarını daşqalaq etdilər - VİDEO












