Xaçmaz sakini qeyri-adi maşın düzəldib - VİDEO
Xaçmaz sakini qeyri-adi görünüşə malik avtomobil düzəldib. 7 avtomobilin hissələrindən yığılan nəqliyyat vəsitəsi 1 tondan artıq yük götürür. Avtosfer.az-ın məlumatına görə, qeyri-adi görünüşə malik avtomobili Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov düzəldib. İki ay yarıma başa gələn nəqliyyat vasitəsi 7 avtomobilin hissələrindən yığılıb. Cəlil Allahyarov avtomobili usta işlədiyi sexdə yığıb. Maşının ərsəyə gəlməsinə də 2500 manat pul xərcləyib. Nəqliyyat vasitəsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Bağçılıqla məşğul olan Cəlil usta bu maşından əsasən meyvə daşımaqda istifadə etdiyini deyir. Avtomobili almaq istəyənlər də olub, lakin sahibi satmayıb. Cəlil Allahyarov avtomobilə yaşadığı kəndin adına uyğun olaraq "Arzu 1" adını verib. O, maşını standartları nəzərə almaqla hazırladığını, sənədləşmə üçün də müvafiq qurumlara müraciət edəcəyini bildirib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












