Xaçmazda "TIR" niyə aşıb? - Anban görüntü

Bakı-Quba-Rusiya sərhədi yolunun Xaçmaz rayonundan keçən hissəsində baş verən dəhşətli qəzanın anbaan görüntüləri yayılıb. Avtosfer.az-ın məlumatına görə, görüntülərdə yüklə dolu ağırtonnajlı avtomobilin qəza törətməsi əks olunub. Dünən saat 07:40 radələrində sürücü yük maşını ilə Rusiya Federasiyası istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə uzunluğu 10 metrə yaxın olan yük avtomobili Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Qusarçay kəndi ərazisindən keçən hissəsində aşıb. Nəticədə meyvə ilə yüklənmiş yük avtomobili aşıb. Rusiya vətəndaşı olan sürücü isə yüngül bədən xəsarətləri alıb. Yük maşınına ciddi ziyan dəyib. Məlumata görə, yük maşınında meyvələr daşınırmış. Faktla bağlı araşdırma aparılır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü sükanda nasazlıq olduğunu, və idarəetməni də məhz bu səbəbdən itirdiyini deyib. Amma görüntülərdən də aydın olur ki, sürət həddi yüksək olub. Videonu təqdim edirik:
Fərid
Masazırda sürücülər əks yola axışdı: Maşınlar yaşıl işıqda belə keçə bilmədi - VİDEO
Bu şəxsi görənlər diqqətli olsun: Dələduzluqla məşğuldur - VİDEO - FOTO
Piyada keçidində qayda pozan sürücü qarşıdakı maşını belə vurdu - DİN-dən VİDEO
Qarabağda icra olunan nəhəng nəqliyyat-logistika layihələri nəyi dəyişəcək? - VİDEO
Əks yola çıxıb motosikletçini borclu çıxardı, sonda isə… - VİDEO - YENİLƏNİB
Dayanacaqda yer tapa bilməyən taksi sürücüsü parkinqə üz tutdu - VİDEO
Kobud qayda pozan “KamAZ” sürücüsü ağır qəzadan son anda yayındı - VİDEO
“Kristal”dan sakinlərə parkinq “qadağası”: Yolun hər iki tərəfi konuslarla bağlandı - VİDEO
“Şou” xətrinə sərnişini də ölüm təhlükəsinə atdı - 10-RR-662 - VİDEO
Biləcəridə yük maşını piyadalara yol verən “Prius”a çırpıldı - VİDEO
Sürücüsüz maşınları sürmək nə vaxt mümkün olacaq? – Ekspert AÇIQLADI – VİDEO












