Xanım sürücü maşını yolun ortasında park edib salona getdi: BAKIDA - VIDEO
Yolun ortasında park etmək adətini bəzi sürücülər heç bir halda tərk edə bilmir. Sanki qəza işıqlarını yandırmaqla istənilən yerdə avtomobili saxlamaq, park etmək olar. Xüsusən də ikiərəfli və cəmi iki zolağı olan yollarda bunu edəndə əsl faciə yaşanır. “Əşşi, beş dəqiqəyə qayıdıram” düşünərək “işi yarım saat” uzanan sürücülər həmin vaxt yoldan keçən digər hərəkət iştirakçılarına qarşı hansı hörmətsizliyi etdiklərini, onları necə çətin duruma saldıqlarını deyəsən fərqində deyillər.
Analoji hal Bakı şəhərində, “Funda” tibb mərkəzinin qarşısında qeydə alınıb. Sosial şəbəkələrdə bu barədə məlumat paylaşan Elvin Qurbanov adlı iştifadəçi 90 EE 307 dövlət nömrə nişanlı, “Pejo” markalı avtomobilin xanım sürücüsünün etdiyi hərəkəti sarkazmla tənqid edir. Çünki cəmi 1 hərəkət zolağı olan yolda, həmçinin yolayıcının bir metrliyində bu cür park etmək?! Düzü bu sürücünün hansı məntiqlə düşündüyü suallar yaradır.
Bəlkə də 20 manat cərimə qoşa seriyalı avtomobil sürən sürücü üçün o qədər də ağır məbləğ olmayacaq. Amma etdiyi bu mədəniyyətsizlik yəqin ki, ictimai qınansa bəlkə başa düşə.
Qeyd edək ki, TŞ6-111 nömrəli təhlükəsizlik şəhər kamerası həmin ərazini çəkir. Hadisə isə paytaxtın İsmayıl Hidayətzadə küçəsi ilə Arif Heydərov küçəsinin kəsişməsində qeydə alınıb.
Avtosfer.az həmin görüntüləri təqdim edir:
Orxan
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












