Yağış suyu avtobuslara doldu: Sərnişinlər yollarda qaldı - VİDEO
Səhər saatlarından Bakıda müşahidə edilən leysan xarakterli yağış səbəbilə bir neçə avtobusda texniki nasazlıq yaranıb, sərnişinlər yollarda qalıb. Avtosfer.az xəbər verir ki, bu barədə modern.az-a sərnişinlər məlumat verib. Onların bildirdiyinə görə, 7 A və 7 B nömrəli avtobusların içərisinə su dolub. Bu səbəbdən də avtobuslarda texniki nasazlıq yaranıb. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev faktı təsdiqləyib: “Hazırda mən özüm də ərazidəyəm. Bu cür çətinlik əsasən Ziya Bünyadov prospekti və Əhməd Rəcəbli küçələrinin kəsişməsində müşahidə edilirdi. Hazırda ərazidə su çəkildiyindən hərəkət bərpa edilib. Lakin səhər saatlarında baş verən subasma ilə əlaqədar 7A və 7B müntəzəm sərnişindaşıma marşrut xətləri üzrə bir neçə avtobusda texniki nasazlıq yaranıb. Hazırda texniki personal ərazidədir və avtobusların xəttə buraxılması üçün çalışırlar. Ümumilikdə qeyri-iş günü olduğundan, marşrut xəttinin fəaliyyətində o qədər də çətinlik müşahidə olunmur. Hərəkətdə olan avtobuslarla hərəkət tənzimlənir”. M.Ağayev bildirib ki, avtobusların döşəməsi standatlara uyğundur, sadəcə yollarda su yığıldığından belə problem yaşanıb. “Hazırda bir sıra küçə və prospektlərdə, xüsusən də Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyatın hərəkətində müşahidə edilən sıxlıq səbəbindən bir sıra avtobusların hərəkət intervalında gecikmələr yaranıb”,-deyə BNA rəsmisi qeyd edib.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












