Yol kənarında "yanacaq bazarı" - Təhkükəli və zərərli - VİDEO
Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən avtomobilin bəzi detallarını sıradan çıxara bilər. Mütəxəsislər sürücülərə saxlanma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin almağı tövsiyyə edirlər.
Yol kənarlarında plastik qablarda satılan benzin saatlarla günəş şüalarının altında qalır.
Bəzi bölgələrdə yol kənarlarında bu mənzərəni görmək mümkündür. Plastik qablarda satılan benzinin qiyməti nisbətən baha olsa da, xüsusilə də yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə buna tələbat var.
Benzin isə xüsusi depolarda deyil, nisbətən iri plastik qablarda saxlanılır. Bu isə təhlükəsizliklə bağlı ciddi suallar doğurur.
Mütəxəsislər isə uzun müddət birbaşa günəş altında qalan benzin və digər neft məhsullarının keyfiyyətinin zamanla aşağı düşdüyünü və avtomobilin mühərrik sisteminə ziyan vura biləcəyini deyirlər.
Dövlət Neft Şirkətinin mütəxəssisi Üzeyir Həbibbəyli deyir ki, qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. Və istər onun saxlanılma şəraitinə, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir.
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












