Yol polisi Bakı-Şamaxı yolunda qalan sürücülərə belə kömək etdi - VIDEO
Havaların isti keçməsi ilə əlaqədar olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı gücləndirilmiş iş rejiminə fəaliyyət göstərir. Şəxsi heyət yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə sürücülərin iş və istirahət rejiminə nəzarəti gücləndirilib. Bu məqsədlə postlarda DYP rəhbərliyinin göstərişi ilə yaradılan şəraitdən sürücü və sərnişinlərin istifadəsinə imkan yaradılıb. Sürücülərə içmək üçün sərin su və əl-üzlərini yumaq, dincəlmək üçün yer göstərilir. Bu gündən isə YPX avtomobillərində xidmət aparan əməkdaşlar öz maşınlarına sərin su qoyur və yolda qalan sürücülərə təklif edir.
Avtosfer.az komandası məsələni yerində araşdırmaq məqsədilə bakı-Şamaxı yolunda Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının ərazisində yerləşən iki stasionar postda və yolda oldu. Günün qızmar vaxtlarında uzaq səfərlərə çıxan və xüsusən də mikroavtobus və avtobus idarə edən idarə edən sürücüləri DYP postlarında saxlayaraq onların qısamüddətli istirahət etməsinə şərait yaradırdılar. Sürücülər postların ərazisində olan sudan istifadə edərək əl-üzlərini yuyur, qısamüddətli istirahət edirlər. Eyni zamanda YPX əməkdaşları ərazidə xidmət apararaq yolda avtomobili xarab olmuş, yaxud çətinlikdə olan sürücülərə də kömək edirdilər.
Avtosfer.az-ın hazırladığı süjeti təqdim edirik:
Elməddin Muradlı,
Orxan Əli
Bakı-Şamaxı-Bakı
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO












