Yol polisi toy karvanlarını kameralarla nəzarətə götürdü - VİDEO
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi toy karvanları ilə bağlı sürücülərə, toy sahiblərinə və avtomobil icarəyə verən şəxslərə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, müraciətdə qeyd olunur ki, son vaxtlar toy karvanlarında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları daha çox müşahidə olunur. Bununla bağlı Dövlət Yol Polisi İdarəsi ciddi mübarizə tədbirlərinə əl atıb. Belə ki, bu sahədə təbliğat işləri aparılır, sürücülərə xəbərdarlıq olunur, toy karvanlarının hərəkəti ilə bağlı qaydalar izah edilir. Lakin DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyir ki, yenə də bəzi toy karvanlarında avtoxuliqanlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan, başqalarının hərəkətinə mane olan, tıxac yaradan və digər qayda pozan sürücülərin sayı azalmır. Bütün toy karvanlarını kameralar vasitəsilə nəzarətə götürən Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərə bir daha müraciət edir ki, toy karvanlarında maksimum 6 avtomobilin iştirakı daha məqsədəuyğundur. Eyni zamanda, bu avtomobillər karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etsələr daha yaxşı olar. Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı videorolikdə də məhz toy karvanlarının hərəkəti ilə bağlı tövsiyələr sürücülərin diqqətinə çatdırılır. Avtosfer.az həmin videonu təqdim edir:
Elməddin
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO














