Yol polisinin "tapa bilmədiyi" VİP nömrəli qayda pozan sürücülər: SİYAHI - VIDEO
Daimi oxucularımızdan biri Avtosfer.az-a müraciət edib. O bildirir ki, yollarda nizam-intizamın, təhlükəsizliyin təmin olunmasında bir vətəndaş kimi biganə qalmamaq üçün öz şəxsi avtomobilində quraşdırdığı videoqeydiyyatçı vasitəsilə digər hərəkət iştirakçılarına mane olan, təhlükə yaradan sürücülərin görüntülərini sosial şəbəkələrdə ictimailəşdirir və həmin sürücülərə inzibati protokol tərtib olunması üçün BDYPİ-nin rəhbərliyinə elektron qaydada müraciət edir. Əksər halda da həmin sürücülərə inzibati protokol tərtib olunur və müraciət edən şəxsə bu barədə elektron qaydada tərtib olunmuş inzibati protokolun nömrəsi və qayda pozmuş sürücünün kimliyi qeyd olunan cavab məktubu göndərilir. Sözsüz ki, həmin sürücülər gələcəkdə daha ehtiyatlı davranırlar və qayda pozmamağa çalışırlar. Çünki artıq yollarda ancaq DYP avtomobili görəndə nizam-intizamla sürmürlər. Artıq bilirlər ki, istənilən vətəndaş onun pozduğu qaydalar haqqında şikayət edə bilər.
Ancaq oxucumuz bildirir ki, əksər hallarda DYP icraçıları dövlət orqanlarına məxsus, sürücüləri polis orqanlarında işləyən, VİP nömrəli avtomobillərin sürücülərinə inzibati protokol tərtib etmirlər. Vətəndaşa isə "sürücünü müəyyən etmək mümkün olmamışdır" kimi cavablar göndərirlər. Belə cavabların həqiqəti əks etdirdiyi isə heç də inandırıcı deyil. Necə ola bilir ki, xidməti avtomobilin sürücüsünü müəyyən etmək olmur? Yaxud, sadə nömrəli avtomobilin sürücüsü müəyyən olur, amma VİP nömrəli avtomobilin yox? Axı qaydalara əməl etməkdə dövləti təmsil edən şəxslər bütün vətəndaşlara nümunə olmalıdır. Sizə hələ də pozduqları qaydalara görə inzibati məsuliyyətə cəlb olunmayan sürücülərin qayda pozuntularını təqdim edirik.
99 LH 066,
10 AZ 016,
90 AA 977,
10 FG 006,
99 YP 327,
90 VK 510,
10 AD 005,
10 AB 996,
90 AR 250,
10 AA 075 nömrəli avtomobillərin sürücüləri bu günə qədər etdikləri qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb olunmayıb. Əgər sonradan olubsa belə bu barədə vətəndaşa məlumat verilməyib. Bütün bu sürücülər haqqında rəsmi müraciət olunub.
Videolarda qaydaların pozulduğu tarix və saat göstərilib.
Kənan Dalğa
Qəzadan son anda yayınan sürücü avtobusa yenə də yol vermədi - VİDEO
Asfaltsız küçə sürücülərə və piyadalara əməlli-başlı əziyyət verir - VİDEO
Babəkdəki qəzanın görüntüləri yayıldı - Maşın körpüdən belə uçub - VİDEO
Milli kimliyimizin, qürurumuzun və Zəfərimizin rəmzi - Üçrəngli Azərbaycan bayrağıdır - VİDEO
Blogger piyada keçidindən keçənlərə irad bildirdi: “Bura WhatsApp qrupu deyil” – VİDEO
Azərbaycanlı jurnalist Amerikada benzin və dizelin qiymətini açıqladı - ŞOK RƏQƏMLƏR - VİDEO
Sükan arxasında yuxuya gedən sürücü "Prado" ilə ana və körpəsini vurdu - VİDEO
Bakının mərkəzində avtobus zolağına girməyə icazə verildi - Bu saatlarda - VİDEO
DİN-dən velosiped və skuter sürücülərinə XƏBƏRDARLIQ - VİDEO
26 milyonluq Seulun nəqliyyat infrastrukturu: Bakıda da tətbiq oluna bilər? – VİDEO
Uşaqların həyatını təhlükəyə atan davranış: Skuterlə bağlı XƏBƏRDARLIQ – VİDEO























